XƏBƏRLENTİ

xeberlenti.com

Fransa Azərbaycana qarşı təxribata davam edir – Separatçılar Senatda…

Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyini davam etdirən Fransa dövləti erməni separatçılara yenə qucaq açıb. Belə ki, Qarabağdakı erməni separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” iki gündür Fransada səfərdədir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçılar Fransa Senatın bütün parlament qruplarının rəhbərləri və Milli Assambleyanın bütün fraksiyalarının məsul şəxsləri ilə görüşüb.

Görüşdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub.

Qarabağ separatçılarının başçısı Fransa Senatı və Milli Assambleyasının bir müddət öncə Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə görə fransız deputatlara minnətdarlığını bildirib.

Görüşdə həmin qətnamələrin reallığa çevirilməsindən danışılıb. A.Arutyunyan qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb.

Görüşlərdə Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmaciyan və Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan da iştirak edib.

About Author