“Terror cinayətlərinə dəstək daha çox bank köçürmələri zamanı olur”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
“Bu gün dünyada terrorçuluğa qarşı mübarizə güclüdür, amma təəssüf ki, bu hallar çoxalır. Biz bu qanunla terrorçuluğa dəstək olan bank əməliyyatlarının qarşısını almağa çalışırıq”, – komitə sədri bildirib.
Deputat Aydın Mirzəzadə isə vurğulayıb ki, Azərbaycanda Ermənistan tərəfindən terror təhlükəsi var: “Buna əsas səbəb Azərbaycan ərazisində çoxlu sayda minaların basdırılmasıdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə silahlı birləşmələr hələ də qalır. Bu, o deməkdir ki, kimsə onları maliyyələşdirir. Digər tərəfdən İranla da problemlərimiz var. Ümumiyyətlə, ölkəmiz üçün terror təhlükəsi var və buna qarşı işlər görməliyik”.