XƏBƏRLENTİ

xeberlenti.com

Finlandiyada rusiyalı oliqarxlara məxsus yeddi yaxta müsadirə olunub

Finlandiya gömrüyü bu ilin əvvəlində ələ keçirilən 27 yaxta ilə bağlı araşdırmanı başa çatdırıb. Yeddi halda gəmilərlə Rusiya və Belarusa qarşı tətbiq edilən sanksiyalara məruz qalanlar arasında əlaqə aşkar edilib.

Bu barədə Finlandiyanın gömrük nəzarəti departamentinin direktoru Sami Rakşit məlumat verib.

“Yeddi yaxta ilə bağlı araşdırmamız göstərdi ki, onların arxasında Aİ-nin sanksiya siyahısına daxil olan insanlar və təşkilatlar dayana bilər. Daha bir yaxta isə vergi yoxlamasından mənfi nəticə alıb”, – Rakşit bildirib.

Araşdırma nəticəsində səkkiz gəmi Borcların Alınması İdarəsinə təhvil verilib, 4 yaxtada vergi yoxlaması aparılıb, iki gəminin Finlandiyadan qanunsuz çıxarılması cəhdi ilə bağlı cinayət işi açılıb.

Rəsmi qeyd edib ki, bir neçə halda müstəntiqlər yaxtaların həqiqi sahiblərini tapmağı çətinləşdirən vergi cənnətləri və digər “çox mürəkkəb” sxemlərlə əlaqəni göstərən mülkiyyət zəncirlərinə rast gəliblər. Bəzi hallarda, bu cür sxemlər hətta gəmi sahibinin müəyyən edilməsini qeyri-mümkün edib.

Mənbə: obshchayagazeta.eu

About Author