XƏBƏRLENTİ

xeberlenti.com

Flora Kərimovadan Misirin həbsinə sərt reaksiya: “Ukrayna utanmalı idi”

Xalq artisti Flora Kərimova Ukraynada həbs olunan Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının 8 il azadlıqdan məhrum olunmasına sərt reaksiya bildirib.

 Xalq artisti Flora Kərimova İnstagram səhifəsində Misir Qasımlıya 8 il iş kəsən hakimə və Ukrayna hökumətinə etirazını bildirib:
“Misir Qasımlıya 8 il iş kəsildi. Məmləkətində müharibə gedən Ukrayna imkan verməməli idi ki, 44 günlük qalibiyyətimizin heyfini diz üstdə qoyduğumuz düşmənimiz bir qazimizdən çıxısın. Azərbaycan dövləti, Azərbaycan xalqı ən çətin vaxtında, siyasi riskə gedib onlara hər cəhddə dayaq oldu. Ukraynalı hakim, Ukrayna ədaləti bu qərarı qəbul edəndə heç olmasa Ukrayna torpağı uğrunda canını qurban verən azərbaycanlı şəhidlərimizin ruhundan və azərbaycanlı adını daşıyan Misirdən utanmalı idi. Bu qərar Ukrayna ədalətinin özünün vicdanına vurduğu xəncərdir”.
Günel

About Author