Ölkənin narkotiklərlə bağlı qanunvericiliyində mövcud olan boşluqlar qeydiyyatın və onların təhlilinin aparılmasına əngəllər yaradır.
Göründüyü кimi Аzərbаycаn trаnzit ölкədir və nаrкоtiкlərin Аsiyаdаn Аvrоpаyа və Rusiyаyа nəqli mаrşurutundа yеrləşir. Ölкəmizdə istifаdə еdilən nаrкоtiкlərin çохu хаricdən gəlir, çünкi Аzərbаycаndа nаrкоtiкlərin bеcərilməsi və istеhsаlı məhduddur.
Lakin buna baxmayaraq son vaxtlar hətta orta məktəblərdə belə narkomaniyaya aludə gənclərin sayının çoxalması ölkəmizdə də bu problemin təhlükəli məqamlarından xəbər verir. Onların arasında qızların da olması, daha doğrusu, çoxalması isə bu bəlanın inkişaf səviyyəsindən xəbər verir. Əgər işsiz, məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkomaniyaya qurşanırlarsa, bəzi imkanlı ailələrin övladları əyləncə növü olaraq narkotiklərdən istifadə edərək narkomaniyaya düçar olurlar. Istənilən halda narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir.
Rəsmi statistikaya əsasən, bu gün ölkədə təqribən 33600 narkoman qeydiyyatdadır. Lakin adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real nəticələrdən 7-10 dəfə az olur. Bu isə onu göstərir ki, əslində onların sayı daha çoxdur. Lakin bu gün Azərbaycanda hər hansı formada narkomaniyaya qoşulan insanların sayı 300 mini ötür. Rəqəmlər arasındakı belə uyğunsuzluq isə həmin şəxslərin rəsmi qeydiyyatdan yayınmaları ilə bağlıdır. Buna səbəb isə Azərbaycanda bu sahədə mövcud olan statistik məlumatların qeydiyyatı sistemində çatışmazlıqların olmasıdır. Bu uyğunsuzluq səhiyyə sistemində narkotiklərlə bağlı göstəricilərin statistik qeydiyyatının, təhlilinin və şərhinin verilməsi ilə bağlıdır. Qeydiyyat sistemində olan bəzi çatışmazlıqların nəticəsində dünya standardlarına uyğun təhlil və müqayisələr aparmaq mümkün olmur.
Bildiyimə görə, Səhiyyə Nazirliyi qeydiyyata götürdüyü xəstələrin, o cümlədən narkomanların statistikasını cəmi üç yaş kateqoriyası üzrə təqdim edir: 18 yaşa qədər, 19-35 yaş arasında və 35 yaşdan yuxarı. Əslində bu sahə üzrə məlumatları digər Avropa ölkələri üzrə məlumatlarla müqayisə etmək üçün yaş şkalası beş il intervalı ilə qurulmuşdur. Yəni 20-25 yaş, 26-30 yaş, 31-35 yaş və s. Bu gün ölkədə belə qeydiyyat sisteminin olmaması epidemioloji xarakter daşıyan xüsusi tədqiqatların keçirilməsini çətinləşdirir. Səhiyyə qeydiyyatı sistemində mövcud digər mühüm çatışmazlıq xəstələrin qeydiyyatında vahid identifikasiya-kodlaşdırma sisteminin olmamasıdır. Xəstələrin qeydiyyatı mexaniki üsulla aparılır. Xəstələri qeydiyyata götürəndə xüsusi blank forması doldurulur. Formada xəstə haqqında şəxsi məlumat, xəstəlik haqqında məlumat (diaqnoz) və təyin olunan müalicə haqqında məlumat olur. Müalicə müəssisələrində qeydiyyata alınmış xəstələr haqqında məlumat Respublika Narkoloji Dispanserinə, sonra isə Səhiyyə Nazirliyinin statistika şöbəsinə ötürülür. Respublika Narkoloji Dispanserinə vaxtaşırı ötürülən ümumi məlumatlar statistik xarakter daşıyır. Müalicə kartları olan tam təsnifatlı məlumatlar isə Respublika Narkoloji Dispanserinə gecikdirmələrlə ötürüldüyü üçün və onların təhlili çox vaxt mexaniki üsulla aparıldığından ayrı-ayrı xəstələr haqqında məlumatın təhlili gecikir. Məsələn, eyni xəstə bir il ərzində Bakıda və Azərbaycanın digər bölgəsində müalicə alırsa, o, iki dəfə qeydiyyata götürülmüş olur. Bu xəstə haqqında təsnifatlı məlumat Respublika Narkoloji Dispanserinə gəlincə, müalicə alan xəstənin eyni adam olduğu müəyyənləşincə, statistik məlumatlarda mexaniki səhvlər yaranır. Fikrimcə, qeydiyyatla bağlı çatışmazlıq yalnız səhiyyə sistemində deyil, hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq qeydiyyat sistemində də özünəməxsus formada mövcuddur. Səhiyyə sistemində olduğu kimi, narkotiklərlə bağlı törədilən cinayətlər və məsuliyyətə cəlb olunan şəxslərin də qeydiyyatı cəmi üç yaş qrupuna bölünərək aparılır. Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun statistik məlumatlarında tətbiq olunan sosial-demoqrafik göstərici şkalaları natamamdır. Hər iki qurum məhsuliyyətə cəlb olunan şəxslərin məşğuliyyət xüsusiyyətlərinə aid statistik şkalada cəmi üç qrupu qeyd edir: qulluqçular, fəhlələr və işsizlər. Bu, natamam qeydiyyat şkalasıdır. Çünki, məncə burada muzdlu işçilər, mövsümi işlə təmin olunanlar, kənd təsərrüfatı, sahibkarlıq və s. sahələrdə işləyən qrupda bölgü yoxdur. Eyni zamanda, Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun təqdim etdiyi məlumatlar arasında cinayət məsuliyyətinə cəlb olunanların ailə vəziyyəti və maddi durumu ilə bağlı məlumatlar əksini tapmır. Məsuliyyətə cəlb olunanların və narkotik maddələr qəbul edənlərin hansı çevrədə, şəraitdə, hansı müddət ərzində bu işlə məşğul olmaları və s. məqamlarla bağlı göstəricilər hesabatlarda əks olunmur. Rəsmi mənbələrdən belə məlumatlar alınmadıqda epidemioloji təhlilləri yalnız xüsusi sorğuların və ya QHT lərin işinin nəticələrinə əsasən aparmaq olur. Bu da göstəricilərin müqayisəli təhlilini aparmağa və epidemioloji durum haqqında tam təsəvvür yaratmağa imkan vermir. Ölkənin narkotiklərlə bağlı qanunvericiliyində mövcud olan boşluqlar qeydiyyatın və onların təhlilinin aparılmasına əngəllər yaradır.
Bizim bir işimiz də gənclər arasında narkotik maddələrə tələbatın azaldılmasıdır. Bu məsələ təbii ki, bütün cəmiyyətin fəaliyyətinə daxil olmalıdır. Məktəblərdə şagirdlər, müəllim və valideynlər arasında birbaşa təlim kurslarının keçirilməsi, narkomanlığın ilkin simptomları, ilkin araşdırılması, narkotik maddələrin sui-istifadəsi ilə bağlı olan davranış halları üzrə ciddi iş aparılmalıdır. Bəzilərinin mühitim təsiri altında hərdənbir narkotikin dadına baxan gənclərin üzə çıxması, profilaktik tədbirlərin aparılması, erkən müdaxilənin olunması çox mühümdür. Belə yeniyetmə və gənclərə qarşı psixoloji, lazım gəlsə, tibbi tədbirlər görülməlidir. Lakin reabilitasiya proqramları, onların dünyagörüşünə təsir edən tədbirlər bu gün təəssüf ki, yoxdur və ya maliyyə və səriştəsizlik problemi var. Bu sahədə həm maddi-texniki şəraitin, əmək haqqının həm də yüksək səviyyədə kadrların azlığı ilə izah edirləm. Narkotikdən asılılığın hansı fəsadlar yarada bildiyinə gəlincə isə, bildirim ki, narkotiklərdən sui-istifadə pərakəndə cinsi əlaqələrin yaranmasına gətirib çıxarır və cinsi xəstəliklərin yayılmasına da xidmət edir. Bundan başqa damardaxili İNİ yani, İnyeksion Narkotik istifadə edən şəxslər arasında ölümlə və ölümcül xəstəlikləri yaymaqla nəticələnən immunçatışmazlığı virusu QIÇS (SPID), Hepatitlər və digər xəstəliklər yayılır. Bu da narkomanlığın ağır fəsadların başlıcasıdır.
Emil Maqalov. Ekspert AzTimes.az