Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb. Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
***
Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilibki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
***
İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
“Report”un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır”.
Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.