Gəncədə özünü körpüdən atmaq istəyən qadın son anda xilas edilib.
APA-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T. Abdullayeva Gəncə çayı üzərindəki körpülərdən birindən özünü atmaq istəyib.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları qadına yaxınlaşıblar. Qadınla profilaktik söhbətlər apardıqdan sonra o xilas edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, həmin ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını almış, onunla profilaktiki söhbətlər aparıblar.
“İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”, – o əlavə edib.