Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.
90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə – Fransa cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.