Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub. “Xoruzlar” 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb – 2:1.
Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.