3 dəfə “İgidliyə görə” ordeni ilə təltif olunmuş hərbi pilot, mayor Aleksey Borovikov Ukraynada davam edən müharibədə məhv edilib.
Ukrayna mətbuatı xəbər verir ki, Rusiya ordusuna aid “K-52”(“Alleqator”) hərbi helikopterinin vurulması nəticəsində bütün ekipaj üzvləri həlak olub.
Ukrayna mətbuatı yazır ki, rus ordusunun təcrübəli pilotlarından olan və “Boroda”(saqqal) ləqəbi ilə tanınan Borovikov Ukraynadakı işğalçılıq müharibəsindən əvvəl Suriyada da dinc əhalini bombalaması ilə “seçilib”. Artıq Borovikovun ölümünü Kremlə yaxın KİV-lər də təsdiqləyib. Xəbərdə qeyd olunur ki, “K-52”-nin məhv edilmiş bütün ekipaj üzvlərinə “Rusiya qəhrəmanı” adı verilib.