Böyük Britaniya hökuməti sanksiyalara məruz qalan rusiyalı iş adamlarının üzərinə həbs qoyulmuş hesablarından Ukraynanı bərpa etmək üçün istifadə etməyə imkan verəcək mexanizm hazırlayır.
Bu barədə çərşənbə axşamı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
“Mən söz vermişəm ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətlərini dəstəkləyən şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsini araşdıracağam. Bundan əlavə, biz bərpa və yenidənqurma üçün kompensasiyaların bir hissəsi kimi onların aktivlərindən istifadəni hüquqi cəhətdən əsaslandırılmalı olan mexanizmləri öyrənirik”, – nazir Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.
Mənbə: TASS