“21 yaşımdan dəfələrlə həbs olunmuşam. Vururdular, döyürdülər, təhqir edirdilər, əzirdilər. Dünyanın harasında bu var? Musiqidən ötrü bir adamı tutursan, ölümünə işgəncə verirsən. Sənin inancın budurmu, İslamdan anlayışın budurmu? İnancla, İslamla, dinlə heç bir əlaqəsi yoxdur. Müsəlman dövləti deyil”.
Bu sözləri Baku TV-nin “Baku Analitik” verilişində Güney Azərbaycan Hərəkatının fəalı Babək Azəroğlu deyib.
O bildirib ki, Güney Azərbaycan öz istiqlalını istəyir.