XƏBƏRLENTİ

xeberlenti.com

Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız adlandırıb

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrininin ünvanına səslənən ittihamlar əsassızdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın “Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir” ittihamına münasibət bildirərkən deyib.

“Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır”, deyə Lavrov vurğulayıb.

About Author