XƏBƏRLENTİ

xeberlenti.com

Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası 14 gündür davam edir – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, gecə boyu aksiyaya fasilə verməyə eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onlar hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, askiya dekabrın 12-dən davam edir.

About Author