“Rusiya Ukraynadakı müharibəni artıq uduzub, lakin onun başa çatmağına hələ çox var”.
“Nieuwsblad” nəşri xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib.
“Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur, müharibə baha başa gəlir”, – o vurğulayıb.