İki “Şimal axını” qaz kəmərinin operatoru “Nord Stream AG” bu ilin sentyabrında baş vermiş partlayışlardan sonra onların təmir xərclərini hesablamağa başlayıb.
Məlumata görə, təmirin ilkin qiyməti təxminən 500 milyon dollardır.
Bundan əlavə, mütəxəssislər zədələnmiş qaz borularının duzlu suyun təsirinə nə qədər davam edə biləcəyini araşdırırlar.
Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını” və “Şimal axını-2” sistemindəki dörd qaz kəmərindən üçündə təzyiq kəskin şəkildə aşağı düşüb. Rusiya hadisəni təxribat adlandırıb.
Oktyabr ayında İsveç Danimarka və Almaniya ilə birgə aparılan təhqiqatın başa çatdığını elan edib. Eyni zamanda kəmərlərdə sızmaların səbəbi açıqlanıb.
Mənbə: korrespondent.net