Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.
Bu barədə ölkə Prezidenti Jair Bolsonaro fərman imzalayıb.
Bundan başqa, Bolsonaro tviter hesabında paylaşım edərək Pelenin ailəsinə başsağlığı verib.
“Pele futbolu sənətə və əyləncəyə çevirdi, futbolla Braziliyanın adını dünyaya duyurdu” – Bolsonaro paylaşımında qeyd edib.