Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Telefon danışığı zamanı Türkiyə-Rusiya münasibətləri, xüsusilə enerji, Rusiya-Ukrayna müharibəsi və Suriya kimi regional məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirməkdə davam etdiklərini ifadə edərək konkret addımlar atmağı hədəflədiklərini bildirib.
O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı taxıl dəhlizi ətrafında aparılan danışıqlar, əsir mübadiləsi və Zaporojye AES ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticələrinin şahidi olduqlarını xatırladıb.
Terror təşkilatı PKK/PYD/YPG-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel-Rıfat və Menbicdən təmizlənməsi üçün artıq konkret addımların atılmasının lazım olduğunu vurğulayan Ərdoğan rejimin konstruktiv olması və siyasi prosesdə müəyyən işlərin görülməsinin vacibliyini önə çəkib.