XƏBƏRLENTİ

xeberlenti.com

Qubanın Qrız kəndində REKORD ŞAXTA – VİDEO

“Ötən gecə Qubanın Qrız kəndində respublika üzrə ən çox şaxta qeydə alınıb. 1 sm qar yağan Qrızda bu gün səhər şaxta 17,3 dərəcə təşkil edib. Xınalıqda isə qar olmasa da, 15,2 dərəcə şaxta müşahidə edilib. Qusarda 13 sm qar olmaqla 13 dərəcə şaxta olub. Altıağac qəsəbəsində qarın hündürlüyü 16 sm, şaxta 10,8 dərəcə, Şabranda qarın hündürlüyü 5 sm, şaxta isə 5,2 dərəcə təşkil edib. Şimal bölgəsində ən çox qar Qubanın Xaltan kəndinə yağıb: 21 sm”.

Bu informasiyanı Bizim.Media-ya Quba Ərazi Hidrometeorologiya Müəssisəsi verib.

Məlumata görə, bölgənin Bakı-Rusiya sərhədi, Xaçmaz, Qusar və kənddaxili avtomobil yolları buz bağlayıb.

Bölgənin yol istismar idarələri buz bağlamış yollara qum və duz tökülməsini həyata keçiriblər və proses davam edir.

Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov buz bağlamış Quba-Xınalıq yolunun 22-ci km-dən 38-ci km-dək olan hissəsini xüsusi texnika ilə qardan təmizlədiklərini deyib.

About Author