XƏBƏRLENTİ

xeberlenti.com

Almaniya Ukraynaya hərbi yardım göndərdi

Almaniya Ukraynaya növbəti hərbi yardımını təhvil verib.

Bu barədə Almaniya Federal Hökuməti məlumat yayıb.

Hərbi yardıma dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil, 120 mobil istilik sistemi daxildir.

Məlumata görə, yaxın vaxtlarda Ukraynaya sursatla birlikdə 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il fevralın 24-dən bəri Ukraynaya 12 milyard avrodan çox hərbi yardım edib.

About Author