XƏBƏRLENTİ

xeberlenti.com

UKRAYNADA DƏHŞƏTLİ HELİKOPTER QƏZASI – Nazir, nazir müavini və dövlət katibi də həlak olub + VİDEO

Polisdən verilən məlumata görə, Brovarıda qəzaya uğrayan helikopter Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus olub.

Məlumata görə, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko da məlumatı təsdiqləyib. Onun sözlərinə görə, qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi – nazir, nazirin birinci müavini və dövlət katibi – həlak olub.

“Ümumilikdə 16 nəfərin öldüyü məlumdur, onlardan ikisi uşaqdır. Helikopterin göyərtəsində doqquz nəfər olub”, – deyə Klimenko bildirib.

O əlavə edib ki, 22 yaralı xəstəxanadadır, onlardan 10-u uşaqdır.

Qəza yerinə baxış davam edir.

Ukraynanın daxili işlər naziri Denis Monastırski

***

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.

Kiyev vilayəti polisinin mətbuat katibi İrina Pryanişnikova bir nəfərin öldüyünü açıqlayıb.

 

 

About Author