İtaliya Superkubokunda qalib bəlli olub.
Həlledici matç Milan şəhərinin iki komandası – “Milan”la “İnter” arasında oynanılıb.
Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmanın qalibi “İnter” olub.
Matçda hesabı 10-cu dəqiqədə Di Marko açıb. 21-ci dəqiqədə Edin Dzeko fərqi iki topa çatdırıb.
Argentinalı Lautaro Martinezin 77-ci dəqiqədə vurduğu qol isə yekun hesabı təyin edib – 3:0.