XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ İranla hərbi qarşıdurmanı istisna etmir

ABŞ Prezidenti Cozef Bayden İranla münasibətlərdəki problemlərin hərbi yolla həllini istisna etmir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan nümayəndəsi “Al-Hadath” telekanalına bildirib.

ABŞ administrasiyasının rəsmisi deyib: “Prezident Bayden İranla nüvə sazişinə qayıtmağa çalışır, lakin bu məsələdə irəliləyişə ümid etmir”.

Ağ Evin sözçüsü də təsdiqləyib ki, hazırda Tehranla danışıqlar Vaşinqton üçün prioritet deyil.

About Author