Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücum bütün dünyada hiddət və qınaqla qarşılanıb. Dünyanın aparıcı telekanalları və informasiya agentlikləri molla-fars rejiminin törətdiyi cinayəti manşetlərə daşıyıblar.
Ötən gün dünyada ən çox baxılan və oxunan xəbər məhz səfirliyimizə edilən hücum olub.
“Reuters” xəbəri “Azərbaycan səfirliyində ölümcül atışmadan sonra İrana kəskin etirazını bildirib”, “Evrosionet” “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub”, CNN “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub”, “The Washington Post” “Azərbaycanın İrandakı səfirliyində baş verən atışma gərginliyi artırır”, BBC “Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində mühafizəçi həlak olub”, “İntellinnews” “Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın edərək təhlükəsizlik xidmətinin rəisini öldürüb” başlığı ilə təqdim ediblər.
Bundan başqa Al Jazzire “Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində bir nəfər ölüb”, “The Wall Street Journal” “Azərbaycanın İrandakı səfirliyində silahlı şəxs bir nəfəri öldürüb”, Arab.news “Azərbaycanın İrandakı səfirliyində atışma nəticəsində bir nəfər ölüb”, CEPA “İran səfirliyinin əməkdaşının öldürülməsi bölgəni silkələyib”, TACC “Azərbaycanın Tehrandakı səfirliyi silahlı hücuma məruz qalıb”, “Kommersant” “Azərbaycanın İrandakı səfirliyinə hücum olub”, AA isə “Qazaxıstan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir” başlıqlı xəbərlər yayıblar.
Bütövlükdə ötən gün dünyanın 230-dan artıq aparıcı KİV-ində bu bədnam hadisə barədə məlumat yayılıb.
Maraqlı məqam odur ki, yayılan xəbərlərin hamısında baş vermiş hadisə terror aktı kimi xarakterizə olunub. Və rəsmi Tehranın mövqeyi qətiyyətlə pislənilib, cinayətkarların və onların sifarişçilərinin ifşa olunması və cəzalandırılması qətiyyətlə tələb edilib.