“Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcək”.
Bunu Almaniyanın kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
“Müharibənin başlanmasının ildönümü ərəfəsində Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcək”, – o bildirib.
Almaniya kanslerinin sözlərinə görə, bu, Rusiya tərəfinə onun Ukrayna ilə bağlı niyyətlərinin uğurlu olmadığına dair “aydın siqnal” olacaq.