Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər.
Xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş tviterdə paylaşıb.
“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, – o qeyd edib.