“Real Madrid” klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qalib gəlib – 5:3.
Yarımmüdafiəçilər Vinisius Junior və Federiko Valverde dubl edib, hücumçu Kərim Benzema isə bir qola imza atıb.
Bu, “kral klubu”nun tarixində sayca 5-ci analoji kubok olub. Bu göstərici üzrə “Real” “Barselona” ilə arasındakı fərqi 2-yə çatdırıb. Belə ki, katalon klubu indiyədək turnirdə 3 dəfə birinci olub.
Qeyd edək ki, bu kubok həm də Ançelottinin karyerasındakı 25-ci kuboku olub.
Ümumilikdə, indiyədək 15 dəfə keçirilən klublararası dünya çempionatının son 10 ilində yalnız Avropa komandaları qalib gəlib.