Türkiyənin Hatay şəhərində dağıntılar altında axtarış-xilasetmə işlərinə dəstək verən Aydın İl Sağlamlıq Müdirliyi qrupları, 136-cı saatda bir uşağı sağ xilas edib.
APA xəbər verir ki, bu barədə Milliyyət məlumat yayıb.
Balaca oğlana ilkin tibbi yardım göstərildikdən sonra Sahə Xəstəxanasına aparılıb. Oradan müayinə və müalicə üçün təcili yardım helikopteri ilə Adanaya aparılıb.