Türkiyə Superliqa komandalarından “Hatayspor”un formasını geyinən Kristian Atsunun cəsədi dağıntılar altından çıxarılıb.
Bu barədə Kristian Atsunun meneceri Murat Uzunmehmet “Twitter” hesabında açıqlama verib.
O, qanalı futbolçunun cansız cəsədinin tapıldığını bildirib.
Qeyd edək ki, Kristian Atsu Türkiyədəki dəhşətli zəlzələdən bir gün öncə son dəqiqə qolu vuraraq “Hatayspor”a qələbə qazandırmışdı.
Mənbə: Haber Global