İrlandiya tarixinin ən böyük yardım göndərişini həyata keçirib. İrlandiya Respublikası Türkiyəyə 110 ton təcili yardım göndərib.
Bu barədə ölkənin xarici işlər naziri Maykl Martin məlumat verib.
O qeyd edib ki, 700 çadır, 900 termal yorğan, 3 min lampa, 3 min gigiyena dəsti, 3 min mətbəx dəsti və 3 bidondan ibarət olan yardımla ən az 42 min insanın ehtiyacı qarşılana bilər.
Yardım Birləşmiş Millətlər Təşkilatının Dubaydakı anbarına çatdırılıb. Oradan isə Adanaya yönləndirilib.
Mənbə: Haber Global