XƏBƏRLENTİ

xeberlenti.com

Tərtərdə iki nəfərin qətlə yetirilməsinin təfərrüatı

Tərtər rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə qısqanclıq zəminində baş verib.

Qətlə yetirilən Gülnar Məmmədova Tərtər rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin baş məsləhətçi, digər qətlə yetirilən Namiq Allahverdiyev isə onların evində usta işləyib.

Hadisəni törədən, Gülnar Məmmədovanın həyat yoldaşı Asif Məmmədov onların yaxın münasibətlərindən şübhələnib. Bu gün səhər saatlarında Asif Məmmədov evinə qayıdarkən həyat yoldaşını Namiq Allahverdiyevlə yataqda tutub. O odlu silahla Namiq Allahverdiyevin qətlə yetirdikdən sonra arvadının da başını kəsib.(Teleqraf.com)

About Author