Fevralın 24-də ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Yeni paketə HIMARS raket sistemləri və pilotsuz təyyarələr üçün sursatlar daxil olacaq.
Avadanlıqlar Amerika sənayesi tərəfindən sifariş ediləcək və elandan dərhal sonra Kiyevə çatdırılmayacaq.
Ağ Ev bildirib ki, paketə “CyberLux K8”, “Switchblade 600”, “Altius-600” və “Jump 20” dronları, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və ictimaiyyəti qorumaq üçün pilotsuz uçuş aparatları və elektron mübarizə vasitələrini aşkarlayan avadanlıqlar daxil olacaq.
Ağ ev bildirib ki, paketə həmçinin 155 mm-lik artilleriya qurğuları, minalardan təmizləmə və təhlükəsiz rabitə vasitələri üçün çoxlu sursat daxildir.
Fevralın 24-də Ağ Ev Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalar və məhdudiyyətlər paketini də elan edib. Sanksiyalar Rusiyadan, həm də onu dəstəkləyən üçüncü ölkələrdən olmaqla 200-dən çox fiziki və hüquqi şəxsə şamil ediləcək. Vaşinqton Rusiyanın 100-dən çox metallurgiya və kimya məhsulları və mineralları üzrə rüsumları 2.8 milyard dollar artıracaq.
Ağ Evin bildirdiyinə görə, G7 ölkələrinin liderləri Rusiyanın müharibəyə görə cavabdeh olması üçün yeni iqtisadi öhdəlikləri elan etmək üçün cümə günü bir araya gələcəklər. İclasda artıq tətbiq edilmiş sanksiyaların icrasına nəzarət mexanizminin yaradılması elan ediləcək.
Rasim Əliyev