XƏBƏRLENTİ

xeberlenti.com

Pentaqon şefi Çinə xəbərdarlıq edib – “Rusiyaya silah vermək hər şeyi çətinləşdirəcək”

“Müharibə bir növ danışıqlarla başa çatacaq və başlanğıc nöqtəsi qoşunların Ukraynadan çıxarılması olacaq”.

Bunu Pentaqonun rəhbəri Lyod Ostin CNN telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, ukraynalılar Rusiya qoşunlarının ölkədən çıxarılmasında maraqlıdırlar: “ABŞ Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadaları hazırlayır, onlar əlavə artilleriya ilə birlikdə Rusiya ordusunun müdafiəsini yarıb döyüş meydanında vəziyyəti dəyişə biləcəklər”.

Çinə gəlincə, Ostin əlavə edib ki, ölkə hələ də Rusiyaya silah tədarükü məsələsini gündəmdən çıxarmayıb. Pentaqon rəhbəri qeyd edib ki, o, artıq çinli həmkarı ilə əlaqə saxlayıb və belə bir addımın səhv olacağını və hər şeyi çətinləşdirəcəyini bildirib.

Rasim

About Author