Avropa İttifaqına üzv ölkələr müharibənin ildönümündə Rusiyaya qarşı 10-cu sanksiya paketinin qəbul edilidiyini bildiriblər.
Xarici KİV-lər xəbər verir ki, sankisya paketinə yeni ticarət qadağaları, mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalar, pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan texnoloji avadanlıqlar daxildir.
Həmçinin elektronika, xüsusi avtomobillər, maşın və mühərrik hissələri, yük avtomobilləri və reaktiv mühərriklər üçün ehtiyat hissələri kimi məhsullar, inşaat sənayesindən Rusiya ordusuna yönəldilə biləcək avtomobillərə ixrac qadağası tətbiq edilib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb ki, yeni paketdə Rusiyanın 121 fiziki və hüquqi şəxsinə sanskiya tətbiq edilib.
“Biz Rusiyanın döyüş maşınını darmadağın etmək üçün birləşmişik”, – deyə Borel yazıb.
J.Borel həmçinin bildirib ki, yeni sanksiyada xüsusilə ukraynalı uşaqların deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlar hədəf seçilib.