Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir onlardan 184-nün saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.
Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.