Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə silah daşınmasını təsdiq edən videolar yayılıb.
“Caliber.az” saytı özəl mənbələrdən əldə etdiyi videolarda sözügedən dolama torpaq yol vasitəsi ilə hərbi maşınların keçdiyi aydın görünür. Onların biri hərbçilərlə doludur.
Xatırladaq ki, dünən həmin yerdə baş verən toqquşmalar zamanı Azərbaycanın 2 hərbçisi Şəhid olub, erməni separatçılarının 3 rütbəli hərbçisi məhv edilib.
Videolardan göründüyü kimi, Xankəndi-Xəlfəli-Turşsu yolu vasitəsi ilə mütəmadi olaraq silah, sürsat, hərbçilər daşınır. Kadrlarda ilk saniyələrdə Xankəndindən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndinə doğru hərəkət edən hərbi maşını müşahidə edirik. 46-cı saniyədən isə yenə Xankəndindən Ermənistana doğru nəqliyyatın hərəkəti görünür.
10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, qeyri-hərbi yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Bakı məhz bu şərtlə yolun təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.
Rasim