XƏBƏRLENTİ

xeberlenti.com

RUSİYA ƏHALİSİ “ƏRİYİR”… – “Son 3 ildə 3 milyona yaxın azalma var”

“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Rusiya Federasiyasındakı demoqrafik vəziyyəti daha da ağırlaşdırıb”.

Bunu “The Economist” nəşri Rusiyadakı demoqrafik duruma dair hazırladığı materialda bildirir.

Yazıda qeyd olunur ki, ümumilikdə Rusiyada demoqrafik vəziyyət artıq 30 ilə yaxındır ki, pisləşməkdədir. 1994-cü ildə ölkənin 149 milyon əhalisi olduğu halda, 2020-ci ildə bu rəqəm 145 milyona enib.

Lakin son 3 ildə vəziyyət daha kəskin xarakter alıb: “Əgər müharibə itkilərinin üzərinə pandemiyadan ölənləri və müharibəyə görə ölkədən qaçanları da gəlsək, ölkə 2020-2023-cü illərdə 1.9-2.8 milyon əhali itirib. Bu, fəlakətli hesab edilən və hər il yarım milyona yaxın azalma olan 2000-ci illərdən də acınacaqlı haldır”.

Digər yandan “The Economist” qeyd edir ki, Rusiyanın rəsmi statistikasına etibar etməyə dəymir və ola bilsin ki, azalma daha böyük miqyasdadır. Məsələn, bildirilir ki, pandemiyadan ölənlərin sayı rəsmi statistikada 388 min nəfər göstərilsə də, real rəqəmlər bundan dəfələrlə çoxdur.

Yazıda xüsusi qeyd olunur ki, son ildə Rusiyada kişilərdə orta ömür uzunluğu 68.8 yaşdan 64.2 yaşa enib. Bu isə alkoqol asılılığından başqa, həm də müharibədəki böyük itkilərlə bağlıdır. Həmçinin, vurğulanır ki, müharibəyə görə son ildə kişi cinsindən olan 1 milyona yaxın rusiyalı ölkəni tərk edib.

About Author