XƏBƏRLENTİ

xeberlenti.com

TÜRKİYƏDƏN GÖZLƏNİLMƏZ QƏRAR – Bu malların Rusiyaya daşınmasını bloklayıb

Türkiyə öz ərazisindən sanksiya altında olan malların Rusiyaya daşınmasını bloklayıb. “AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Komersant” nəşri aparıcı Rusiya şirkətlərinə və iş adamlarına istinadla belə bir məlumatr yayıb.

Məlumatda deyilir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısında adı keçən malları Türkiyə gömrük orqanları dərhal bloklayır və onların Rusiyaya keçirilməsinə qadağa qoyur.

Qeyd olunur ki, Rusiya tərəfi bu barədə müvafiq kanallarla məlumatlandırılıb. Hələlik bu qərara dair hər hansı rəsmi açıqalma olmasa da, reallıqda artıq sözügedən mallar gömrükdə bloklanır və onların sənədləşdirilməsinə icazə verilmir.

Beləliklə də, Rusiya ən önəmli və böyük dövriyyəyə malik tranzit istiqamətlərindən birini itirmiş olur. Artıq bazar iştirakçılarının yeni və qətiyyən sərfəli olmayan marşrutlar üzərində işlədikləri bildirilir.

Xəbərdə o da qeyd olunur ki, Türkiyə hakimiyyəti bu qərarı ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Türkiyəyə son səfərindən az sonra qəbul edib. Bu gün isə onun reallaşdırılmasına başlanılıb. Bildirilir ki, eyni qərarın Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də veriləcəyi gözlənilir.

Rusiya Duması komitə sədrinin müavini Aleksey Çepa deyib ki, bu qərara görə Türkiyəni qınamaq doğru olmaz. Çünki onun fikrincə, tranzitin dayandırılması ABŞ-ın təzyiqləri nəticəsində qəbul olunan qərardır.

About Author