XƏBƏRLENTİ

xeberlenti.com

Faktlarımız var: Tehran Bakıya qarşı müharibəyə hazırlaşır – Şok

İranın PKK ilə əlaqələri uzun illərdir ki, mövcuddur və bu, hamıya məlumdur. Sözügedən əlaqələr dəfələrlə Türkiyə-İran münasibətlərinin əsas gündəm mövzularından olub.

Xeberlenti.com xəbər verir ki,  bu sözləri Axar.az-a İranın terror təşkilatları ilə əlaqələri haqqında danışan Türkiyədə fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid deyib.

Mütəxəssis İranın Azərbaycan və Türkiyə sərhədinə yaxın məsafədə yerləşən bir kəndi PKK-nın ixtiyarına verdiyini qeyd edib:

“Son iki ildə daxili işlər naziri Süleyman Soylu da bir neçə dəfə İranı PKK məsələsində üzərinə düşənləri yerinə yetirmədiyinə görə sərt tənqid edib. Səbəb isə rəsmi Tehranın Qərbi Azərbaycan vilayətində Avacıq şəhərinin kəndlərindən birini PKK-nın ixtiyarına verməsidir. Sözügedən ərazi həm Türkiyə, həm də Azərbaycanın Culfa rayonu ilə sərhədə yaxındır. Bu addım Türkiyənin PKK-ya qarşı mübarizəsinə müəyyən əngəllər törədir. Yəni Şimali İraqda terror təşkilatına qarşı əməliyyat keçiriləndə terrorçular ordan qaçaraq Avacıqdakı kənddə gizlənirlər. Digər tərəfdən, biz Türkiyənin əməliyyat keçirmək istədiyi zamanlarda İranın və onun Qüds Qüvvələri Komandanlığının dəstəklədiyi Haşdi-Şabi qruplaşmasına bağlı Kataib Hizbullah və digər şiə milislər tərəfindən Başika hərbi bazasına hücumlar təşkil edildiyinin şahidi oluruq. Hətta oradakı bəzi İrana yaxın müctehidlər “kafirə qarşı vuruşmaq” haqqında cihad fitvası verə biləcəklərini də vurğulayıblar”.

Babək Şahid İranın Qüds qüvvələrinin Suriyada ermənilərdən ibarət terror qruplaşmalarının qurulmasına və fəaliyyətinə ciddi dəstək verdiyini qeyd edib:

“İrana bağlı qruplar ilə ermənilər arasında əlaqələrin doğurduğu terror qruplaşmalarından ən məşhuru Masis Mutanyanın başçılıq etdiyi Nübar Ozanyan Briqadasıdır. Briqada İranın Qüds qüvvələrinin dəstəyi ilə 2019-cu ildə Suriya ermənilərindən təşkil olunub. Terror təşkilatının hazırda 500-ə yaxın üzvü var. Belə “könüllü”lər vasitəsilə İran, Bəşər Əsəd və ermənilər arasında körpü qurulur və koordinasiya edilir.

Digər qruplaşma Suriyadakı müharibə zamanı YPG terror təşkilatının tərkibində Süryani Birliyinin qolu kimi fəaliyyətə başlayan Suturo Briqadasıdır. Briqada 2014-cü ildə YPG-dən ayrılıb və İranın Qüds qüvvələri ilə yaxınlaşıb. Qarşılıq olaraq isə Qüds qüvvələri Qamışlı kəndindəki təlim düşərgələrindən birini sözügedən terror dəstəsinə verdi. Düşərgənin adını “Ağa Petros” qoydular. Ağa Petros 1918-ci ildə Cənubi Azərbaycanda Cilovluq faciəsini törədən ermənilərin başçısıdır. Hazırda Ermənistanda Daşnaksütyun Partiyasının sədri olan Hrant Markaryan bu ölkə ilə İranın Qüds qüvvələri arasındakı əlaqələrin qurulmasında vasitəçilik edir. Qeyd edim ki, Markaryan 1958-ci ildə İsfahan şəhərində Culfa məhəlləsində dünyaya gəlib, orada universitetdə erməni dili üzrə təhsil alıb, 1992-ci ildə isə Ermənistana gedib.

Haşdi Şabiyə bağlı digər bir terrorçu dəstə isə Kataib Babiliundur. Tərcüməsi “İncil Briqadaları” deməkdir. Bu terrorçu qruplaşma rəsmi şəkildə Qüds qüvvələrinin tərkibindəki Bədr Ordusu ilə sıx əlaqədədir. Rəhbəri Rayan əl-Kəldani isə ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır. Kataib Babiliun Haşdi Şabi içərisində “50-ci Briqada” kimi də tanınır və təqribən 1000 nəfərlik terrorçudan ibarət olduğu bildirilir. Siyahıya Kataib Babiliuna yaxın olan Sehl-i Ninova terror qruplaşmasını da əlavə etmək olar”.

Ekspert bildirib ki, VOMA terror təşkilatı haqqında Azərbaycan mətbuatında da çoxlu yazılar gedib. Bu terror təşkilatının başçısı Vladimir Vartanov Ermənistan vətəndaşıdır və onun PKK ilə çox yaxın əlaqələri var:

“Vartanovun ən az 300 nəfər PKK terrorçusunu Ermənistana apardığı haqqında dəqiq məlumat var. Bunların hərəkət marşrutu isə böyük ehtimalla İran ərazisindən keçir. Terrorçuların İrana məxsus təyyarələr ilə daşınması da mümkündür”.

Babək Şahid İranın sözügedən terror təşkilatlarından da istifadə etməklə Cənubi Qafqazda müəyyən dəyişikliklərə ciddi hazırlaşdığını vurğulayıb:

“İranın yuxarıda sadaladığımız terror təşkilatlarına verdiyi dəstəyi dəqiq bilirik. Onların PKK ilə əlaqəsini də əksər hallarda İran qurur. Rəsmi Tehran cidd-cəhdlə Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır. İki-üç gün əvvəl də SEPAH yayımladığı videoda Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırdı və bunun üçün lazım olarsa, vuruşacağını bildirdi.

Bütün əlimizdə olan məlumatlar əsasında İranın nəzarətində olan terror təşkilatlarından və PKK-dan terrorçuları bölgəyə daşıdığını, Türkiyə və Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü iddia edə bilərik”.

About Author