XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan humanizmi: Ermənilərin və sülhməramlıların Xankəndi yolunda baş tutmayan təxribatı – FOTO

Bu gecə Azərbaycan həkimləri halı pisləşən Qarabağın erməni sakinlərinə tibbi yardım göstəriblər.

Baş verən hadisənin bəzi təfərrüatı məlum olub.

Belə ki, aprelin 4-də Ermənistandan olan 27 nəfər Rusiya sülhməramlılarının yük maşınlarında və onların müşayiəti ilə Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşıblar.

Qeyd olunur ki, Azərbaycan tərəfi əvvəlcədən bu barədə məlumatlandırılmayıb.

Avtomobildə təkcə qadınlar, qocalar və uşaqlar deyil, həm də hərbi çağırış yaşında olan kişilər olublar.

Aparılan danışıqlar zamanı məlum olub ki, avtomobillərdə olan bir neçə erməniyə təcili tibbi yardım lazımdır. Bununla əlaqədar ərazidə olan azərbaycanlı həkimlər dərhal ilk tibbi yardım xidməti göstəriblər.

 

Qeyd edək ki, danışıqlar gedən zaman Rusiya sülhməramlılarının maşınlarından enən iki qadın onlarla eyni avtomobildə olan “jurnalistə” müsahibə verməyə başlayıblar.

Görünür baş verənlər təxribat xarakterli olub və əvvəlcədən hazırlanıb, eyni zamanda Rusiya sülhməramlıları bu barədə məlumatlı olublar.

Belə ki, onlar azərbaycanlı ekofəalların avtobuslara daxil olaraq mülki ermənilərə hədə-qorxu gələcəyini güman ediblər və təxribat nəticəsində çəkiləcək kadrların dünya ictimaiyyətinin diqqətinə çatdırılması nəzərdə tutulub.

Lakin Azərbaycan tərəfi bu təxribata imkan verməyərək qarşı tərəfin planlarını alt üst edib.

About Author