Aralıq dənizində, Türkiyənin Kumluca şəhəri sahillərində Ukraynaya yollanan ticarət gəmisi batıb.
Bu barədə Türkiyə Sahil Mühafizəsindən xəbər verilib.
Bildirilir ki, İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmidə 14 ekipaj üzvü olub, onlardan beşi xilas edilib. Qalan doqquz nəfərin axtarışı davam edir.
Axtarış-xilasetmə əməliyyatına Sahil Mühafizəsinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.
Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırmalara başlayıb.
Mənbə: Hurriyet