XƏBƏRLENTİ

xeberlenti.com

“Rusiya hərbi texnikasını Krımdan çıxarmağa başlayıb” – ABŞ institutu

“Rusiya hərbi texnikasını Krımdan çıxarmağa başlayıb”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu, Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlıdır: “Peyk görüntüləri rus texnikasının Krımın Mevdevka rayonunda xeyli geri çəkildiyini göstərir. Amma onların hansı istiqamətdə hərəkət etdiyi məlum deyil”.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya qüvvələri son sutkada Baxmutda hücum əməliyyatlarını davam etdirib: “Çox güman ki, bu hücumlar uğursuz olub. Ukrayna tərəfinin məlumatına görə, Rusiya qoşunları Baxmutda artilleriya çatışmazlığından əziyyət çəkir”.

Eyni zamanda qərb analitiklərinin fikrincə, Çin Rusiyaya verdiyi dəstəyi azaltmağa davam edir: “Bu, Rusiya Prezidenti Vladimir Putində davamlı məyusluq yaradır. Bununla belə, Çin lideri Si Cinpinin açıqlamaları göstərir ki, Pekin müharibəyə son qoymaq üçün Moskvaya açıq şəkildə təzyiq göstərmək niyyətində deyil”.

About Author