Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə jurnalistlərin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil:
“Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”.
Qeyd edək ki, Gədəbəydə jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin saxlanılması və Rayon Polis Şöbəsinə aparılması barədə məlumatlar yayılmışdı.(KONKRETAZ)