“Deputatları mətbuatda elə günə qoyurlar ki, bəzən danışmağa qorxuruq. Xalqın, dövlətin mənafeyinə nə ağıllı, düz söz desək, əleyhimizə istifadə edirlər”.
Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, bunu Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı açıqlama verən deputatların sosial şəbəkələrdə söyülməsi ilə əsaslandırıb.
Spiker Sahibə Qafarova isə A.Abbasa cavab olaraq bildirib ki, bu zalda heç bir deputat söz deməyə qorxmayıb.