XƏBƏRLENTİ

xeberlenti.com

“Ukraynanı güzəştə çağıranlar öz ərazilərini Rusiyaya versinlər” – Polşa Prezidenti

Polşa Prezidenti Anjey Duda Ukraynanı Rusiyaya ərazi güzəştinə getməyi təklif edən ölkə başçılarına sərt cavab verib. 

 Ukrayna mətbuatına açıqlama verən Polşa Prezidenti belə liderlərə Rusiyaya öz ərazilərindən pay verməyi təklif edib: “Qoy Ukrayna Luqanskı, Donetski, Krımı geri alsın, əvəzində kimsə Rusiyaya öz ərazisinin bir parçasını versin. İrəli! Mən düşünürəm ki, Rusiya məsələn, Aralıq dənizinin sahillərində hansısa gözəl bir torpaq parçası alsa, xoşbəxt olar”.

Duda deyib ki, Rusiyanın bu müharibədə qələbə qazanmasına imkan vermək olmaz. Çünki bu halda Rusiya digər dövlətlərin üzərinə gedəcək. Onun fikrincə, bu müharibədə yeganə ədalətli sonluq Ukraynanın qələbəsi olacaq.

About Author