XƏBƏRLENTİ

xeberlenti.com

Hikmət Hacıyev diplomatik korpus üzvləri ilə birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsində olub – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus üzvləri ilə birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsində olub.

Xeberlenti.com-un məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.

Xatırladaq ki, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvləri Laçın şəhərinə səfər edib, orada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.

About Author