XƏBƏRLENTİ

xeberlenti.com

Tibb elminə böyük itki: Səfixan Həsənov vəfat edib

Azərbaycan Tibb Universitetinin Birinci Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Şamil oğlu Həsənov vəfat edib.
Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışmışdı.
2017-ci ildən ATU-nun I Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edirdi.
S.Həsənov 200-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyənin, 3 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifi idi.

Allah  rəhmət eləsin

About Author