XƏBƏRLENTİ

xeberlenti.com

“Vaqner” döyüşçüsü Rusiya polislərini ələ saldı: “Sabahınız xeyir, uşaqlar” – VİDEO

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ələ keçirdikləri Rusiyanın Rostov şəhərində sərbəst hərəkət edir, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hesablaşmırlar, hətta onları ələ salırlar.

Bunu sübut edən kadrlardan biri Rusiyanın “Telegram” kanallarında yayılıb.

Avtomobillə Rostovun küçələrində hərəkət edən “Vaqner” döyüşçüsü polislərin qurduğu blok-postun yanında dayanır və Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarına xitabən “Sabahınız xeyir, uşaqlar” deyib gülür.

About Author