“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ələ keçirdikləri Rusiyanın Rostov şəhərində sərbəst hərəkət edir, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hesablaşmırlar, hətta onları ələ salırlar.
Bunu sübut edən kadrlardan biri Rusiyanın “Telegram” kanallarında yayılıb.
Avtomobillə Rostovun küçələrində hərəkət edən “Vaqner” döyüşçüsü polislərin qurduğu blok-postun yanında dayanır və Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarına xitabən “Sabahınız xeyir, uşaqlar” deyib gülür.