XƏBƏRLENTİ

xeberlenti.com

Narkotik istifadəçilərinin sayı ARTIB – DƏHŞƏTLİ STATİSTİKA

Dünyada narkotik istifadəçilərinin sayı 10 il ərzində 23 faiz artaraq 2011-ci ildəki 240 milyondan 2021-ci ildə 296 milyona çatıb.

Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) iyunun 26-da dərc olunmuş hesabatında yer alıb.

Qeyd olunub ki, eyni dövrdə narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.

Ekspertlər yazır ki, narkomanların sayının artması qismən dünya əhalisinin ümumi artımı ilə izah olunur. Onların qeyd etdikləri digər əsas amil isə ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.

Məlumata görə, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. UNODC bildirib ki, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.

 

About Author